Bakı, 6 mart, AZƏRTAC
İcrasına başlanmış yaşıl enerjinin Azərbaycanda istehsalı və Qara dəniz vasitəsilə Avropaya çatdırılması da mühüm əhəmiyyət kəsb edir. Layihə gələcəkdə daha da genişləndirilə bilər. Bu mövzu barədə də ətraflı müzakirə apardıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə keçirilən brifinqdə söyləyib.
O bildirib ki, Moldova ilə iqtisadi sahədə Orta Dəhlizin potensialı və Ələt zonasının imkanları da müzakirə mövzusu olub.