Hacıqabulda fermada 68 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Şirvan şəhər sakini 1958-ci il təvəllüdlü Tahir Əhmədovu fermada elektrik cərəyanı vurub. Hadisə nəticəsində o ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info