AZ

Minab qətliamı araşdırılır - Kim məsuliyyət daşıyır?

ABŞ hərbi istintaqçıları hesab edirlər ki, İranın cənubundakı Minab şəhərində yerləşən qızlar məktəbinə endirilən zərbəyə görə məsuliyyət, ehtimal ki, ABŞ qüvvələrinin üzərinə düşür.

“Yeni Sabah” Reuters-ə istinadla xəbər verir ki, bu barədə 2 amerikalı rəsmi danışıb.

İstintaq hələ yekunlaşmayıb və qəti nəticəyə gəlinməyib. İstifadə olunan sursatın növü, məsul şəxslər və ABŞ-nin məktəbi niyə hədəf alması barədə əlavə məlumat əldə edilməyib.

ABŞ-nin müharibə naziri Pet Heqet bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır. Adlarının açıqlanmasını istəməyən rəsmilər qeyd ediblər ki, sonradan ortaya çıxa biləcək yeni sübutlar ABŞ-nin məsuliyyətini aradan qaldıra və hadisəyə görə başqa tərəfi təqsirkar göstərə bilər.

Iranın BMT-dəki (Cenevrə ofisi) səfiri Əli Bəhreyni bildirib ki, zərbə nəticəsində 165 şagird həlak olub. 

Pentagon sualları ABŞ Mərkəzi Komandanlığına yönləndirib. Komandanlığın sözçüsü kapitan Timoti Houkins bildirib ki, hadisə araşdırma mərhələsində olduğu üçün şərh vermək düzgün olmaz”.

ABŞ dövlət katibi Marko Rubio isə deyib ki, ABŞ qəsdən məktəbi hədəf almazdı: “Əgər bu zərbə bizim tərəfimizdən endirilsəydi, Müdafiə Nazirliyi mütləq araşdırma aparardı”.

İsrail və ABŞ qüvvələri hücumları coğrafi və hədəf növünə görə bölüşdürüb. İsrail Qərbi İranda raket buraxılış məntəqələrini hədəf alarkən, ABŞ cənubda həm raket, həm də dəniz hədəflərinə zərbələr endirib.

BMT İnsan Hüquqları Ofisi isə məktəbə hücumda kiminsə məsuliyyətini açıqlamadan hadisənin araşdırılmasına çağırıb.

“Hücum edən qüvvələrin məsuliyyəti var və araşdırma aparmalıdırlar”, - ofisin sözçüsü Ravina Şamdasani qeyd edib.


Telegram kanalımız
Seçilən
128
yenisabah.az

1Mənbələr