AZ

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə mart ayının pensiyaları qrafikdən əvvəl ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramla əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib.

QHT.az xəbər verir ki, habelə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi qrafikdən əvvəl həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin mart ayı üzrə pensiyaları da bu ay qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədərki dövrdə ödəniləcək.

Seçilən
66
16
qht.az

10Mənbələr