Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yaxın Şərqdəki gərginlik və enerji resurslarının qiymətinin artması Avropada enerji strategiyasının gələcəyi barədə müzakirələri kəskinləşdirib.
KONKRET.az xəbər verir ki, Hörmüz boğazında risklərin artması və mayeləşdirilmiş təbii qazın qlobal bazarında yüksəlməsi nəticəsində Avropada bəziləri Rusiyadan qaz asılılığından imtina siyasətinin yenidən nəzərdən keçirilməsini təklif edirlər.
Politik analitik Dmitri Bridjenin sözlərinə görə, nəzəri olaraq, Yaxın Şərqdəki eskalasiya Avropa İttifaqının Rus qazından imtina siyasətinə təsir göstərə bilər. 2022-ci ildən sonra Avropa LNG (mayeləşdirilmiş təbii qaz) bazarına daha çox bağlıdır və bu bazar hər hansı siyasi böhrana həssasdır.
Xüsusilə, İran ətrafında hərbi əməliyyatlar başlayandan sonra Avropa qaz qiymətləri kəskin artıb, əsas səbəb isə Hörmüz boğazının bloklanma ehtimalıdır.
Avropa İttifaqının qanunvericiliyində enerji böhranı zamanı müvəqqəti olaraq Rusiyadan qaz alınmasına icazə verən mexanizm mövcuddur. Lakin bu, yalnız qısa müddətli tədbirlər üçündür və Avropa Komissiyasının qərarı ilə, üzv dövlətlərin əksəriyyətinin dəstəyi ilə həyata keçirilə bilər.
Uzunmüddətli kontraktlar bu mexanizm çərçivəsində mümkün deyil.
Dmitri Bridje əlavə edir ki, Avropa bazarı Yaxın Şərqdəki hadisələrə çox həssasdır. Asiya ölkələri ilə rəqabət nəticəsində hər hansı tədarük pozuntusu qiymətlərin artmasına səbəb olur. Bununla belə, 2022-ci ildəki ekstremal qiymət şoku təkrarlanma ehtimalı məhduddur, çünki Avropa artıq yeni LNG terminalları və qaz anbarları qurub, həmçinin bərpa olunan enerji mənbələrini artırıb.
Siyasi baxımdan isə Avropa liderləri üçün Rusiyadan qazın müvəqqəti alınması iqtisadi zərərdən daha çox problemli olar. Bu, Avropanın Ukrayna və Moskva siyasətinə təsir edən strateji hədəflərinə zidd olardı. Avropa hökumətləri daha çox yüksək enerji qiymətlərini subsidiyalar və bazar islahatları ilə kompensasiya etməyə üstünlük verəcək.
Eyni zamanda, ABŞ və Qətərdən LNG tədarükünü artırmaq ehtimalı yüksəkdir, Azərbaycan isə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını artırmaqla enerji diversifikasiyasında rolunu gücləndirir. Lakin Azərbaycan qazı Rusiyanın əvvəlki həcmindəki tədarükü əvəz edə biləcək qədər böyük deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.