AZ

Azərbaycan və Moldova arasında ticarət dövriyyəsinin artırılması müzakirə olunub

Azərbaycan və Moldova arasında ticarət dövriyyəsinin artırılması müzakirə olunub.

Hakimiyyet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoyla birgə Bakıda keçirdiyi mətbuat üçün brifinqdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi potensial çox yüksəkdir:

"Bu mənada, Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin artırılmasını və qarşılıqlı həyata keçirilən investisiyalaları müzakirə etdik. Əməkdaşlıq üçün bir neçə sahəyə toxunduq, bunların sırasında enerji sektorundakı əməkdaşlıq diqqət çəkir. Bu sırada Azərbaycan qazının Moldovoya çatdırılmasındakı mövcud təcrübə təqdir edildi. Eyni zamanda son illərdə Azərbaycan qazının alıcı coğrafiyasının genişlənməsi daha geniş əməkdaşlıq perspektivi kimi dəyərləndirildi".

C.Bayramov həmçinin Orta Dəhlizin geniş potensialı, Ələt Azad İqtisadi Zonası və digər məsələləri də müzakirə etdiklərini bildirib.

Nazir bununla yanaşı iki ölkə arasındakı münasibətlərdə humanitar sahəyə də diqqət ayırdıqlarını, mədəniyyət, təhsil, idman, elm kimi sahələrdə çox böyük perspektivlər olduğunu da söyləyib.

C.Bayramov 2023-cü ildən etirabən Bakı-Kişineu birbaşa aviareysinin açılmasının da Azərbaycan-Moldova münasibətlərində təkanverici qüvvə olduğunu vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, iki ölkənin beynəlxalq platfromalarda da əməkdaşlığı yüksək səviyyədədir:

"Bu sırada ATƏT, BMT və digər beynəlxalq təşkilatların adını çəkə bilərik. Bu münasibətlər qarşılıqlı namizədliyin dəstəklənməsi və digər məsələlərdə də faydalıdır".

Seçilən
74
5
hakimiyyet.az

7Mənbələr