AZ

Londonda İrana casusluqda şübhəli bilinən 4 nəfər saxlanılıb

London, 6 mart, AZƏRTAC

Böyük Britaniyanın London şəhərində İranla əlaqələri olmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

AZƏRTAC Böyük Britaniya polisinin məlumatına istinadla xəbər verir ki, saxlanılan şəxslərdən 1-i İran vətəndaşı, digərləri həm Böyük Britaniya, həm də İran vətəndaşlığına malik şəxslərdir. Onlar xarici kəşfiyyat xidmətinə yardım göstərməkdə şübhəli bilinirlər.

Polisin bu istiqamətdə əməliyyatları davam etdirdiyi bildirilir.

 

Seçilən
107
1
azertag.az

2Mənbələr