AZ

“Qarabağ” “Neftçi”nin rekordunu təkrarladı: 21-ci yarımfinal – ARENA.AZ

“Qarabağ” futbol üzrə Azərbaycan Kubokunun 2025/26 mövsümündə yarımfinala yüksəlməklə “Neftçi”nin rekordunu təkrarlayıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Belə ki, ötən gün Azərbaycan Kubokunda cari mövsümün sonuncu yarımfinalçıları müəyyənləşib. “Qarabağ” 21-ci, “Zirə” 6-cı, “Sabah”la “Turan Tovuz” 2-ci dəfə 1/4 final səddini adlayıblar.

“Şamaxı” ilə mübarizədən qalib ayrılmış (1:2, 3:1) son çempion Azərbaycan Kubokunun rekorduna şərik çıxıb. Ağdam klubu 21 dəfə finalın bir addımlığına qədər irəliləmiş “Neftçi”yə çatıb.

İki matçın yekununda (0:0, 2:0) “Sumqayıt”ı üstələmiş “Zirə” isə ən azı 6 dəfə yarımfinala yüksələn 7-ci komanda olub. Şərikli rekordçulardan başqa “Şamaxı” (12), “Qəbələ” (11), “Bakı” və “Xəzər Lənkəran” (hərəsi 8) da bunu bacarıblar.

“Turan Tovuz” “Kəpəz”i (1:0, 2:0), “Sabah” “Qəbələ”ni (0:0, 3:3, pen.4:2) dayandırmaqla ən azı 2 dəfə yarımfinala yüksələn komandaların sayını 18-ə çatdırıb.

Qeyd edək ki, indiyədək 33 komanda 1/4 final səddini keçib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
62
11
arena.az

10Mənbələr