AZ

SEPAH zabitləri bu şəhərdən qaçdı

Son 48 saat ərzində bir neçə SEPAH zabiti hədəfə alınacaqlarından qorxaraq Beyrutdan qaçıb.

Bizim.Media xəbər verir ki, bunu “Axios” nəşri üç mənbəyə istinadən yazıb.

Məlumata görə, bu zabitlər əsasən Hizbullahın hərbi məsləhətçiləri kimi xidmət edən Qüds Qüvvələrinin üzvləri olub.

Qeyd edək ki, Livan SEPAH zabitlərinin saxlanılması barədə qərar qəbul edib.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.

Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib. Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib və Livanda quru əməliyyatlarına başlayıb.

Bizim.Media

Seçilən
104
2
bizim.media

3Mənbələr