AZ

Töhmətdən sonra Suraxanı: Yenə qanunsuz tikintilər, yenə narazılıq...

Suraxanı rayonunda qanunsuz tikintilərlə bağlı narazılıqlar səngimək bilmir...

Poliqon bizimesr.com portalına istinadən xəbər verir ki, rayonda boş ərazilərin zəbt olunaraq müxtəlif obyektlərin tikintisinə başlanılması halları yenə də davam edir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Adil Əliyevə töhmət verməsindən sonra vəziyyətin dəyişəcəyinə, rayonda abadlıq işlərinin daha da artacağına ümid edən sakinlər məyus olublar. Çünki qanunsuz tikililər yenə də davam edir.

Sakinlər bildirib ki, yaxın günlərdə Qaraçuxur qəsəbəsində dəmir konstruksiyalardan ibarət yeni obyektin tikintisinə start verilib. İddialara görə, tikinti işləri hazırda sürətlə davam etdirilir və əraziyə texnika cəlb olunub. Yerli sakinlər isə bunun qanunsuz həyata keçirildiyini və boş torpaq sahələrinin mərhələli şəkildə zəbt edildiyini deyirlər.

Sakinlər bildirirlər ki, paytaxt meri Eldar Əzizovun qanunsuz tikintilərlə bağlı sərt xəbərdarlıq və töhmətlərinə baxmayaraq, rayonda bu proses dayanmayıb.
Onların sözlərinə görə, Adil Əliyevin rəhbərlik etdiyi Suraxanı Rayon İcra Hakimiyyətinin ərazisində tikinti işlərinin davam etməsi sakinlər arasında ciddi narahatlıq yaradıb.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların müdaxilə etməsini və qanunsuz tikintilərin qarşısının alınmasını tələb edirlər. Məsələ ilə bağlı Suraxanı İH-lə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Poliqon.info

Seçilən
128
1
poliqon.info

2Mənbələr