AZ

İran nəyinə güvənib sağa sola raket atır?

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Azərbaycanın mehriban qonşuluq siyasəti müqabilində İranın nankor və riyakar davranışı təəssüf doğurmaqla yanaşı, bir sıra mühüm sualları gündəmə gətirir. Molla rejiminin belə riyakar siyasəti İrana nə verir?"

Oxu.Az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramovun sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.

Deputat bildirib ki, qonşularla ziddiyyət formatını seçən İranın böyük enerji ehtiyatlarına malik olmasına baxmayaraq, ölkə hələ də aşağı-ortagəlirli ölkələr sırasındadır:

"Dünya Bankının hesabatına əsasən, İranda əhalinin 40 faizi yoxsulluq həddinin altında yaşayır. Enerji ölkəsi olmasına rəğmən, fiskal kəsir ÜDM-in 4 faizindən çoxdur.

Dünyada 33 trilyon kubmetr qaz ehtiyatı həcmi ilə ikinci, 280 milyard barel neft rezervləri ilə isə üçüncü yerdə qərarlaşan İranda adambaşına düşən ÜDM cəmi 4 250 dollardır. Yoxsulluq və eləcə də bərabərsizlik səviyyəsinin kifayət qədər yüksək olduğunu nəzərə alsaq, İranda sadə vətəndaşların qazanclarının nə qədər az olduğunu təsəvvür etmək çətin olmaz. Dünyada enerji ehtiyatlarına görə ilk üçlükdə olan İran adambaşına düşən milli gəlir səviyyəsinə görə 131-cidir. Bu müqayisə də İranda sosial-iqtisadi vəziyyətin necə acınacaqlı olduğunu göstərir".

"İranda son illər baş verən etirazların əsas tələbi molla rejiminin riyakar siyasətindən inkişaf trayektoriyasına keçidlə bağlı idi. Bunun üçün isə Tehranın davranışında fundamental dəyişikliklərə ehtiyac var", - deyə deputat qeyd edib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir hərbi əməliyyatda istifadə olunmayacağını bəyan etsə də, martın 5-də molla rejimi həyasızcasına Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dronlarla hücum edib. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
115
oxu.az

1Mənbələr