AZ

Mərkəzi Bank rəhbər təyinatı ilə bağlı 18 müraciəti uyğun hesab etməyib

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mərkəzi Bank tərəfindən ictimai kommunikasiyasının genişləndirilməsi, həmçinin bu istiqamətdə şəffaflıq və əlçatanlığının daha da artırılması çərçivəsində Müsahibə Komissiyasında müraciətlərə baxılması üzrə statistika açıqlanıb.

Statistikada qeyd olunan məlumatlar 2025-ci il ərzində bank, sığorta və kapital bazarı sektorlarında Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin təyinatı üzrə keçirilən ümumi müsahibələrin sayını, eləcə də uyğun hesab edilən və uyğun hesab edilməyən müsahibə nəticələrinə dair statistikanı əks etdirir. Bu məlumatların illik əsasda açıqlanması nəzərdə tutulub.

Statistikaya görə, bank, sığorta və kapital bazarı sektorları üzrə cəmi müraciət sayı 114 olub, onlardan 96-sı uyğun hesab edilib, 18-i uyğun hesab edilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
3
marja.az

4Mənbələr