İranın Azərbaycana qarşı daha bir mümkün hücumundan narahat olmağa ehtiyac yoxdur.
Xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim deyib.
Məsələ ilə bağlı suala diplomat “narahat olmağa dəyməz” cavabını verib.
Səfir bildirib ki, Bakı hesablamalar aparır, faktları araşdırır, qərarlar qəbul edir və müvafiq müdafiə və ehtiyat tədbirləri görür.
Qeyd edək ki, ötən gün İran Naxçıvanın mülki obyektlərinə “Araş 2” uzaqmənzilli dronları ilə hücum edib.