AZ

Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış olub

Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış baş verib, bir nəfər yaralanıb.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Yerevan-Sevan magistral yolundakı yanacaqdoldurma məntəqəsində Opel markalı avtomobilin partlaması ilə bağlı zəng 6 mart saat 7:53-də Təcili Yardım Mərkəzinin Kotayk şöbəsinə daxil olub.

Sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Partlayışdan sonra baş verən yanğın xilasedicilər gələnə qədər söndürülüb. Avtomobilin salonu qismən dağılıb.

Seçilən
132
ucnoqta.az

1Mənbələr