ABŞ-ın İrana qarşı "Epik Qəzəb" adlandırdığı hərbi əməliyyatı Vaşinqtona gündə təxminən 900 milyon dollara başa gəlir. Bu, barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) təhlilində deyilir.
Analitiklərin fikrincə, əməliyyatın ilk 100 saatı təxminən 3,7 milyard dollara və ya gündə təxminən 891 milyon dollara başa gəlib. Xərclərin əhəmiyyətli bir hissəsi - təxminən 3,5 milyard dollar - ABŞ hərbi büdcəsinə daxil edilməyib.
Qeyd olunur ki, əvvəllər müxtəlif hesablamalar verilsə də, ABŞ Konqresinin üzvləri, media və ictimaiyyət əməliyyatın dəyəri ilə maraqlanıblar.
CSIS mütəxəssislərinin fikrincə, ABŞ ordusu daha ucuz sursatlara keçərsə və İran hücumlarının intensivliyi azalarsa, xərclər azala bilər. Lakin əməliyyatın gələcək xərcləri döyüşlərin miqyasından və İranın cavabının effektivliyindən asılı olacaq.
"Epik Qəzəb" əməliyyatı 28 fevralda ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması və daha sonra İsrailin də qoşulması ilə başladı.
Əziz MUSTAFA