AZ

İranın Naxçıvana dron hücumu zamanı yaralanan şəxsin son durumu açıqlandı

BAKI, 6 mart. TELEQRAF

İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu zamanı xəsarət alan şəxslərdən biri Əsəd Cəfərovun müalicəsi Naxçıvan Mərkəzi Xəstəxanasının neyrocərrahiyyə şöbəsində davam etdirilir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq xəstəxanadan məlumat verilib.

Bildirilib ki, hazırda onun vəziyyəti orta-ağrıdır.

Babək rayon Nəhrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Ə.Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub.

Qeyd edək ki, ötən gün günorta radələrində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hucum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb. Orta məktəb binasını hədəfə alan pilotsuz uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib, məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb.

Hadisə nəticəsində Hava Limanının binasına zərər dəyib, dörd şəxs xəsarət alıb. Yaralılardan üçünün vəziyyəti qənaətbəxş olduğu üçün dünən ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
28
teleqraf.com

1Mənbələr