AZ

Ədliyyə Nazirliyi fevral ayında bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirib

Newscenter.az saytına istinadən ain.az xəbər verir.

Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.Newscenter.az xəbər verir ki, fevral ayı ərzində Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzi, Bələdiyyələrlə iş baş idarəsi, İcra xidməti, Notariat, qeydiyyat və reyestr baş idarəsi, Tibb baş idarəsi və İnsan resursları idarəsinin rəhbərliyi tərəfindən Bərdə, Gəncə, Göyçay, İmişli, Lənkəran, Şəki, Şəmkir, Xaçmaz və Şirvan regional ədliyyə idarələri ilə birlikdə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.Videoqəbullarda Nazirliyin fəaliyyət istiqamətləri üzrə 70 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
1
newscenter.az

2Mənbələr