AZ

AMB ötən il 100-ə yaxın şəxsin sektorda rəhbər vəzifə tutmasına müsbət yanaşıb

2025-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) Müsahibə Komissiyasına maliyyə sektorunda rəhbər vəzifə tutmaq üçün 114 müraciət daxil olub.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə AMB bildirir.

Məlumata görə, bu, müraciətlərin 84,2 %-i və yaxud 96-sı uyğun, 15,8 %-i və yaxud 18-i isə uyğun hesab edilməyib.

Hesabat dövründə bank sektoru üzrə ümumilikdə 48 müraciət olub ki, bunun da 23-ü Müşahidə Şurasını (MŞ), 25-i isə İdarə Heyətini (İH) əhatə edib. Ümumi müraciətlərin 41-i, o cümlədən MŞ üzrə 17-si, İH üzrə isə 24-ü uyğun hesab edilib.

Ötən il sığorta sektoru üzrə ümumilikdə 49 müraciət daxil olub ki, bunun da 28-i Direktorlar Şurasını (DŞ), 21-i isə İH-ni əhatə edib. Ümumi müraciətlərin 42-i, o cümlədən DŞ üzrə 21-i, İH üzrə də 21-i uğun hesab edilib.

İl ərzində qiymətli kağızlar sektoru üzrə ümumilikdə 17 müraciət daxil olub ki, bunun da 11-i MŞ-nı, 6-ı icra orqanını əhatə edib. Ümumi müraciətlərin 13-ü, o cümlədən MŞ üzrə 7-si, icra orqanı üzrə isə 6-sı uyğun hesab edilib. (Report)

Seçilən
77
3
fed.az

4Mənbələr