AZ

Dövlət biznes münasibətləri yeni mərhələyə qədəm qoyur

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” Forumunda biznes sahəsində yeni islahatlar müzakirə olunub

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yerləşdiyi regionda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdırıb, aparılmış islahatlar və həyata keçirilmiş proqramlar nəticəsində makroiqtisadi sabitlik və fiskal dayanıqlıq təmin edilib, fiskal inzibatçılıq təkmilləşib, maliyyə mövqeyimiz əhəmiyyətli dərəcədə güclənib, investisiya cəlbediciliyi artıb. Qlobal şoklara davamlılıq və keyfiyyətli iqtisadi artım üçün maliyyə-institusional baza möhkəmlənib. Bununla belə, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik, fraqmentasiya və ticarət proteksionizmi, texnoloji enerji transformasiyasının sürətlənməsi gələcək sosial-iqtisadi inkişaf üçün yeni çağırışlar ərsəyə gətirir. Bu barədə baş nazirin müavini Samir Şərifov “Vergi Sistemində Gələcəyə Baxış: Yeni İdarəetmə Modeli və Data Əsaslı Qərarlar” Forumunda bildirib.

Biznes mühitinin yaxşılaşdırılması üçün təkliflər hazırlanır

Azərbaycanda yürdülən iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi vergi islahatları davam etdirilir. Hökumətin strateji baxışının əsas komponentlərini təşkil edən bu yanaşma “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və cari dövr üçün hazırlanan sosial-iqtisadi inkişaf strategiyaları ilə tam uzlaşır. Bu strateji hədəflərin real iqtisadi mənfəət çevrilməsi üçün əsas məsələ onların səmərəli idarə olunması, ardıcıl icrası və qurumlararası əlaqələndirmənin təmin edilməsidir. İqtisadi siyasətdə vahid yanaşma, çeviklik və institusional sinxronluq olmadan dayanıqlı və inklüziv inkişafı təmin etmək mümkün deyil. Bu məqsədlə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və institusional islahatların koordinasiyalı şəkildə həyata keçirilməsi üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya fəaliyyət göstərir. Komissiya beynəlxalq reytinqləri formal məqsəd kimi deyil, real biznes mühitinin keyfiyyətinin yüksəldilməsi üçün alət kimi dəyərləndirir. Komissiya çərçivəsində “Biznesə daxil olma” və “Vergi və hesabatlılıq” üzrə işçi qrupları sahibkarlığa başlama proseslərinin sadələşdirilməsi, inzibatçılığın və vergi mühitinin daha şəffaf və proqnozlaşdırıla bilən edilməsi üzərində işləyir.

S.Şərifov bildirib ki, İqtisadi Şurasının tərkibində yaradılmış “Sahibkarlıq fəaliyyətində maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə işçi qrupu”nun alt qruplarında vergi sahəsində sahibkarların təkliflərinin toplanmasına start verilib. Vurğulanıb ki, dünya iqtisadiyyatında müşahidə olunan proseslər bir daha göstərir ki, makroiqtisadi sabitlik özü-özünə formalaşan nəticə deyil. “Bu, ardıcıl siyasətin, ehtiyatlı fiskal yanaşmanın və institusional qərarların məcmusudur. Bir çox ölkələr artan büdcə defisitləri, borclanma təzyiqləri və inflyasiya riskləri ilə üzləşdiyi halda, Azərbaycan fiskal siyasətdə balansı qorumağı bacaran nadir ölkələr sırasındadır. Bu balansın qorunması təkcə büdcə göstəriciləri ilə ölçülmür. Əsas məsələ iqtisadiyyata olan etimadın saxlanılması, dövlətin maliyyə öhdəliklərini vaxtında, dayanıqlı şəkildə həyata keçirməsidir. Məhz bu ya

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
124
yeniazerbaycan.com

1Mənbələr