AZ

Slovakiya XİN rəhbəri Zelenskinin Orbana yönəlmiş təhdidlərini pisləyib- ÖZƏL

Slovakiyanın xarici işlər və Avropa məsələləri naziri Yuraj Blanar Ukrayna Prezidenti Volodimir Zelenskinin Macarıstanın baş naziri Viktor Orbana qarşı səsləndirdiyi təhdid xarakterli bəyanatları pisləyib. Olaylar.az xəbər verir ki, nazir sosial şəbəkədə yazıb ki, Zelenskinin zorakılıqla bağlı təhdidləri "tamamilə qəbuledilməzdir və qınanmalıdır".
Slovakiyanın daxili işlər naziri Matus Şutay-Eştok da məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Ukrayna prezidentinin Avropa İttifaqına üzv dövlətin baş nazirinə yönəlmiş təhdidləri bütün sərhədləri aşır.
O qeyd edib ki, Avropa İttifaqı bu bəyanatlara qəti diplomatik reaksiya verməlidir. Nazir əlavə edib ki, Avropa İttifaqına üzv olmağa çalışan bir ölkənin rəhbərinin belə açıqlamalar verməsi yolverilməzdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
102
olaylar.az

1Mənbələr