AZ

Tramp: İrana yerüstü müdaxilə vaxt itkisidir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran ərazisinə yerüstü hücum “boş yerə vaxt itkisidir”. Lakin o eyni zamanda vurğulayıb ki, Vaşinqton ölkənin gələcək rəhbərliyinə təsir göstərmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, "NBC News" telekanalına verdiyi müsahibədə Tramp İrandan gələn, ABŞ-İsrail birgə müdaxiləsi barədə iddiaları rədd edib. Onun sözlərinə görə, Tehran artıq ciddi itkilər verib.

“Bu boş yerə vaxt itkisidir. Onlar hər şeyi itirib. Dəniz donanmasını itiriblər. Onlar artıq itirə biləcəkləri hər şeyi itiriblər,” – deyə ABŞ Prezidenti bildirib.

Eyni zamanda Tramp vurğulayıb ki, ABŞ İranda yeni rəhbərin seçilməsində təsir etmək istəyir. “Biz gəlib və hər şeyi təmizləmək istəyirik,” – deyə o, ölkədə yeni liderin seçiləcəyi dövrdən danışarkən bildirib.

Tramp əlavə edib ki, ABŞ istəyir ki, ölkədə “yaxşı bir lider” olsun. O, bir neçə namizədin bu vəzifəyə uyğun ola biləcəyini qeyd edib, lakin adlarını açıqlamayıb.

“Biz istəmirik ki, kimsə on il lazım olsun ki, işgüzar fəaliyyətini bərpa etsin”, – deyə o əlavə edib və potensial namizədlərin müharibə zamanı təhlükəyə məruz qalmamaları üçün tədbirlər görüldüyünü bildirib. “Bəli, biz onları izləyirik,” – deyə Tramp vurğulayıb.

Qadir, Bizimyol.imfo

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr