AZ

CENTCOM rəhbəri İrana qarşı hərbi əməliyyatın gedişatını qiymətləndirib » AzadMedia.az


ABŞ bombardmançıları son 72 saat ərzində İrana təxminən 200 zərbə endirib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Florida ştatında keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 50 min amerikalı hərbçinin iştirak etdiyi ABŞ-İsrail əməliyyatı başlayandan bəri İranın ballistik raket və pilotsuz uçuş aparatı (PUA) buraxılışlarının sayı müvafiq olaraq 90 % və 83 % azalıb.

"Əməliyyatın son 24 saatını başlanğıcdakı vəziyyətlə müqayisə etsək, ballistik raket hücumları birinci günlə müqayisədə 90 %, PUA-lardan istifadə edilməklə həyata keçirilən hücumlar isə 83 % azalıb", – o qeyd edib.

Admiral dəqiqləşdirib ki, əməliyyat çərçivəsində İran Hərbi Dəniz Qüvvələrinə endirilən zərbələrin intensivliyi artırılıb:

"Bu yaxınlarda Prezident [Donald Tramp] 24 gəmini batırdığımızı və ya məhv etdiyimizi demişdi və həmin an üçün bu belə idi. Hazırda söhbət 30-dan çox gəmidən gedir", – Kuper bəyan edib.

O əlavə edib ki, Tramp qoşunların qarşısında İranın ballistik raket istehsalı üzrə sənaye bazasını məhv etmək tapşırığını qoyub.

"Biz sadəcə onların əlində olanlara zərbə endirmirik, onların öz qüvvələrini bərpa etmək qabiliyyətini də məhv edirik. Bu əməliyyatın növbəti mərhələsinə keçdikcə İranın gələcəkdə raket istehsalı potensialını sistematik şəkildə ləğv edəcəyik və bu iş artıq tam sürətlə davam edir", – Kuper fikirlərini yekunlaşdırıb.
Seçilən
49
4
azadmedia.az

5Mənbələr