Volodymyr Zelenskyy Macarıstanın Baş naziri Viktor Orbán barədə sərt bəyanat səsləndirib...
Milli.Az-ın xarici mətbuata istinadən məlumatına görə, Ukrayna lideri brifinq zamanı bildirib ki, Macarıstan 90 milyard avro məbləğində maliyyə yardımının ayrılmasını bloklamağa davam edərsə, buna fərqli reaksiya verilə bilər. Onun sözlərinə görə, ümid edir ki, Avropa İttifaqında heç kim bu vəsaitin, xüsusilə də ilk tranşın ayrılmasına mane olmayacaq və nəticədə ukraynalı hərbçilər lazımi silahlarla təmin olunacaqlar.
Zelenski vurğulayıb ki, əgər maliyyə dəstəyi yenə də bloklanarsa, həmin şəxsin ünvanını Ukrayna Silahlı Qüvvələrinə verə bilərlər ki, hərbçilər onunla birbaşa əlaqə saxlayıb mövqeyini öyrənsinlər.
Xatırladaq ki, Roberta Metsola Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avro həcmində kredit ayrılmasını nəzərdə tutan razılaşmanı imzalayıb. Bu maliyyə dəstəyinin müharibə şəraitində ölkənin iqtisadi və sosial sabitliyini qorumağa kömək edəcəyi bildirilib.
Bununla belə, Macarıstan hökuməti bu maliyyələşdirməni bloklayıb. Budapeşt bildirib ki, kredit yalnız Ukrayna Rusiyadan neft nəqlini həyata keçirən "Drujba" boru kəməri vasitəsilə tranziti bərpa etdikdən sonra təsdiqlənə bilər.
Poliqon.info