Konkret.az saytına istinadən ain.az xəbər verir.
Çexiya səfirliyi bugünkü Naxçıvana qarşı hücumları qətiyyətlə pisləyir.
KONKRET.az xəbər verir ki, bu barədə Çexiya səfirliyinin paylaşımında bildirilib.
“Bu qəbuledilməz addım Azərbaycanın təhlükəsizliyinin pozulmasıdır və regional sabitliyi sarsıdır”, – paylaşımda vurğulanıb.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.