AZ

Bu döngədə diqqətli olun! Zolaqdan kənara çıxanları kamera çəkir VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda daha bir kəsişmədə qayda pozan sürücülərə qarşı inzibati məsuliyyət tədbirləri həyata keçirilir. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın İnşaatçılar prospekti ilə Lev Landau küçəsinin kəsişməsindən gedir. Belə ki, Ədliyyə Nazirliyinin qarşısındakı döngədə bütöv xəttin tələbini əksər sürücülər pozurdu. Hal-hazırda qarşıda quraşdırılmış kamera vasitəsilə həmin sürücülər məsuliyyətə cəlb edilir.

Sürücülərə tövsiyə edirik ki, sözügedən kəsişmədə sağa dönən zaman zolaqdan kənara çıxmasınlar. Əks halda İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə tətbiq ediləcək.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
avtosfer.az

1Mənbələr