AZ

Arxayınlıq və təkrarlanan ssenari

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Sabah” son iki matçda altı qol buraxıb. Premyer Liqada “Qarabağ”la oyunda 11 dəqiqəyə 3 dəfə məyus olan “bayquşlar” eyni ssenarini “Qəbələ” ilə kubok matçında yaşadı.

Son 10 dəqiqəyə 2:0 öndə yollanan “futuristlər” bu dəfə 2 dəqiqəyə 2 qol buraxıb. Rəqibin azlıqda qalması və hesabda öndə olmağın yaratdığı arxayınlıq, müdafiədə boşalma və diqqətsizlik komandanın kubokla vidalaşmasına belə səbəb ola bilərdi.

90 dəqiqəyə oyunun taleyini həll edəcək vəziyyətə gələn “Sabah”ın ardıcıl qollar buraxması komandanın əlavə güc sərf etməsinə səbəb oldu. “Qarabağ”la ağır oyundan sonra kubokda da 120 dəqiqəlik matç və penaltilər seriyasının yaratdığı yorğunluq növbəti matçda özünü büruzə verə bilər.

Ümumiyyətlə, ardıcıl buraxılan qollar və müdafiədəki diqqətsizlik “Sabah” cəbhəsini narahat etməlidir. Kluba Premyer Liqada çempionluğa, kubokda titula oynayan komandaya yaraşmayan arxayınlıq hökm sürür. “Qarabağ”la liqada 4 xallıq fərq var və bu, qarşıdakı 11 turda qapanmayacaq qədər böyük deyil. Ani səhv və xal itkisi komandanı liderlikdən edə bilər. Eyni zamanda kubokda da final yolunda rəqib məhz “atlılar” olacaq. “Sabah” son iki oyundan mövsümün qalan hissəsini korlamamaq üçün mütləq lazımi dərsi çıxarmalıdır. Əks halda, çempionluq arzusuynan davam edilən yol məyusluqla sonlana bilər.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
futbolpress.az

1Mənbələr