Ajans.az xəbər verir ki, hadisə Biləcəri-Binəqədi yolunda qeydə alınıb. Əliyev Etibar Akif oğlu idarə etdiyi avtomobillə yolun sağ hissəsində dayanan “Man” markalı yük avtomobilinə arxadan çırpılıb. Nəticədə Etibar Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.