AZ

ETN rəqəmsal xidmətlərin formalaşdırılmasına, modernləşdirilməsinə və davamlı dəstək xidmətlərinə 930 min xərcləyəcək

Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi müvafiq rəqəmsal xidmətlərin formalaşdırılmasına, modernləşdirilməsinə və davamlı dəstək xidmətlərinə 929 856 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti "Ultra Technologies” MMC göstərəcək.

 

İdarə və MMC arasında müvafiq müqavilə imzalanıb. Buraya Psixoloji Tibbi Pedaqoji Komissiyası Sisteminə texniki dəstək və operatorluq xidməti, ümumi və məktəbəqədər təhsil müəssisələrinin informasiya sistemləri üzrə təkmilləşdirmə işlərinin görülməsi və s. daxildir.

 

Cabir

Tarix: 6 Mart 2026, 09:49   
Seçilən
26
1
pravda.az

2Mənbələr