AZ

Britaniya mediası Prezident İlham Əliyevin İranın dron hücumları ilə bağlı çıxışını işıqlandırıb

Britaniya mediası Azərbaycan Prezidenti İlham Əliyevin İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə hücumu barədə səsləndirdiyi fikirləri işıqlandırıb.

Britaniyanın “The Independent” nəşri yazır ki, Azərbaycan Prezidenti dron hücumlarından sonra ölkənin təhlükəsizliyinə təhdid yaradan qüvvələrə qarşı qətiyyətli mövqe nümayiş etdirəcəyini bəyan edib. Nəşr Prezident İlham Əliyevin “Azərbaycanın gücünü sınayanlar “Dəmir yumruq”la əziləcək” sözlərinə yer verib.

“The Independent” qeyd edir ki, dronlardan biri Naxçıvanda hava limanı terminalı yaxınlığında partlayıb. Həmçinin məktəb yaxınlığında baş verən partlayış nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Britaniyanın “Daily Mail” isə nəşri yazır ki, İran tərəfindən buraxılan dronlar Azərbaycanın ərazisinə düşərək partlayışlara səbəb olub. Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev hadisəni “terror aktı” kimi qiymətləndirərək Azərbaycanın cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirib.

Seçilən
47
1
azerbaijan-news.az

2Mənbələr