AZ

Bunu edərək yuxu keyfiyyətinizi yaxşılaşdıraBİLƏRSİNİZ

Fizioterapevt Karlos Romero bildirib ki, sadəcə yastığı dəyişmək yuxunun keyfiyyətini xeyli yaxşılaşdıra bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "ABC News" nəşri yazıb.

Mütəxəssis xüsusilə lələkdən hazırlanmış yastıqlara və ya “memory foam” (yaddaş effektli köpük) materialından olan yastıqlara üstünlük verilməsini tövsiyə edib. Onun sözlərinə görə, başın formasına uyğunlaşan  yastıqlar təzyiqə reaksiya verir və insanın yatarkən mövqeyinin dəyişməsinə uyğunlaşır.

Həkim qeyd edib ki, bu xüsusiyyət boyun fəqərələrinin daha rahat vəziyyətdə qalmasına, həmçinin təbii komfort və rahatlanmaya kömək edir.

Romero əlavə edib ki, yastığın optimal hündürlüyü təxminən 10 santimetr olmalıdır. Onun sözlərinə görə, bu hündürlük onurğanın düzgün vəziyyətdə qalmasını təmin edir. Bu xüsusilə gecə arxası üstə yatmağa üstünlük verən insanlar üçün vacib hesab olunur.

Aytəkin TOFİQQIZI

Seçilən
37
1
redaktor.az

2Mənbələr