Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30 MKI qırıcı təyyarəsi qəzaya uğrayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Assam ştatının Karbi-Anqlonq rayonunda qeydə alınıb.
Bildirilir ki, təyyarə təlim uçuşu üçün havaya qalxıb, lakin bir müddət sonra onunla əlaqə kəsilib. Hadisə nəticəsində təyyarədə olan hər iki pilot ölüb.