AZ

Türkiyəli deputat: Naxçıvanda mülki infrastrukturun hədəfə alınması beynəlxalq hüquqa açıq hücumdur

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım İranın dron vasitəsilə Naxçıvana hücum etməsini pisləyib.

"Far.Az" xəbər verir ki, Ş. Ayrım bu barədə sosial media hesabında etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, mülki infrastrukturun hədəfə alınması beynəlxalq hüquqa və humanitar dəyərlərə açıq hücumdur.

"Bu provokasiyaların regiondakı sülh və sabitliyə zərər verməsinə əsla icazə verilməməlidir", - Dostluq Qrupunun sədri bildirib.

Deputat hücumda yaralananlara şəfa diləyib, Türkiyənin Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan tərəfi cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.

Seçilən
47
2
far.az

3Mənbələr