BAKI, 6 mart. TELEQRAF
ABŞ Yaxın Şərqdəki müharibə səbəbilə regiondan qaçqın qəbul etməyi planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Floridada keçirilən mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, Yaxın Şərqdən qaçqınların ABŞ-yə kütləvi şəkildə gəlməsi planlaşdırılmır və bu məsələ ilə daha çox region ölkələri məşğul ola bilər.
“Əminliklə demək olar ki, Yaxın Şərqdən ABŞ-yə qaçqın dalğası planlaşdırılmır. Prezident daha əvvəl də qeyd etmişdi ki, regionda belə hallarda dəstək verə biləcək çoxlu ölkə var. Biz belə bir plan üzərində işləmirk”, – deyə Heqset bildirib.