AZ

Çörək haqqında doğru bildiyimiz yanlışlar: Ən faydalı növ hansıdır?

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Çörək növündən və hazırlanma üsulundan asılı olaraq fərqli xüsusiyyətlərə malik ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə diyetoloq Co Travers "HuffPost" nəşrinə müsahibəsində danışıb.

Mütəxəssis çörəyin müxtəlif növlərinin fayda və mümkün zərərlərini müqayisə edib.

Onun sözlərinə görə, tamtaxıllı və sənaye mayası istifadə olunmadan, un və suyun fermentasiyası ilə hazırlanan çörəklər daha faydalıdır. Tamtaxıllı çörəklər yüksək lif tərkibi sayəsində bağırsaq fəaliyyətini yaxşılaşdırır və ürək-damar sağlamlığını dəstəkləyir. Təbii fermentasiya üsulu ilə hazırlanan çörəklər isə daha asan həzm olunur və mədə-bağırsaq sisteminə daha yumşaq təsir göstərir.

Bununla belə, diyetoloq qeyd edib ki, rafinə edilmiş undan hazırlanan ağ çörəkdə qida maddələri daha azdır və bu məhsul qanda şəkərin səviyyəsinin kəskin artmasına səbəb ola bilər. Co Travers vurğulayıb ki, ağ çörəyi rasiondan tamamilə çıxarmaq vacib deyil - sadəcə, onu daha az miqdarda və ölçülü şəkildə istehlak etmək tövsiyə olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
105
1
redaktor.az

2Mənbələr