AZ

Fransa Kuboku: “Lans” penaltilərlə mərhələ adlayıb

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Fransa Kubokunun dörddəbir finalında “Lion” “Lans”ı qəbul edib.

İdman.Biz bildirir ki, Florian Toven 22-ci, Abdallah Sima isə 45-ci dəqiqədə qol vuraraq qonaqları irəli çıxarıblar.

Lakin Artur Masuakunun 64-cü dəqiqədə meydandan qovulması meydan sahiblərinə şans verib. Roman Yaremçuk 67-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. 90+4-də isə Remi İmber hesabı 2:2 edib. Qonaqlar penaltilər seriyasında 5:4 hesabı ilə qalib gəliblər.

“Lans”dan başqa, yarımfinalda “Strasburq”, “Nitsa” və “Tuluza” da yer alır.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
1
icma.az

2Mənbələr