AZ

"Sabah" penalti “lotoreya”sını qazandı - VİDEO

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı heç-heçə bitib -2:2.

"Bayquşlar"ın qollarını 31 və 62-ci dəqiqələrdə Timoteuş Puxaç vurub.

Meydan sahiblərindən İsmael Akinade 88-ci və 90-cı dəqiqələrdə adını tabloya yazdırıb. Adriel Ba Loua 48-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

İlk görüş qolsuz başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. 104-cü dəqiqədə qonaqlardan Coy-Lens Mikels, 115-ci dəqiqədə "qırmızı-qaralar"dan Nuğay Rəşidov qol vurduğu üçün penaltilər seriyası olub.

11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (4:2) "Sabah" yarımfinalda "Qarabağ"ın rəqibi olub.

Seçilən
156
12
sportinfo.az

7Mənbələr