AZ

"Qarabağ"ın oyununun biletləri satışa çıxır

Misli premyer-liqasının 23-cü turunda keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri sabah saat 13.00-dan etibarən satışda olacaq.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadı.

Biletlər sabah saat 13.00-dan etibarən "iticket.az"da onlayn, oyun günü isə həm "iticket.az"da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

"Qarabağ" - "Araz-Naxçıvan" qarşılaşması martın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19.15-də başlayacaq.

Seçilən
136
32
football-plus.az

10Mənbələr