Bu gün İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanının terminal binasına və Şəkərabad kəndində məktəb binasının yaxınlığına pilotsuz uçuş aparatlarının hücumları həyata keçirilmişdir.
Aznews.az xəbər verir ki, müraciətin mətni Ombudsman Aparatının rəsmi saytında dərc edilib.
Mülki obyektləri hədəfləyən və mülki şəxslərin xəsarət alması ilə nəticələnən bu məqsədli hücumu şiddətlə qınayır və dünya ictimaiyyətini bu terror aktına münasibət bildirməyə çağırırıq.
Mülki əhali və infrastrukturların təhlükəsizliyinə yönəlmiş istənilən hücum beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyalarının normalarının kobud pozuntusudur. Bu kimi qəsdlər dövlətlərin ərazi bütövlüyü və suverenliyi, eləcə də qonşuluq prinsiplərinə zidd olmaqla bir daha təkrarlanmamalıdır.