AZ

Əlcəzairdə hərbi təyyarə qəza etdi - Xəsarət alanlar var

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi paytaxtın cənub-qərbindəki Bufarik aviabazasından havaya qalxdıqdan sonra qəzaya uğrayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu haqda Əlcəzair Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün baş verib. Təyyarədə 6 nəfər olub. Qəza nəticəsində iki pilot həyati təhlükəsi olan xəsarətlər alıb.

Qalan ekipaj üzvləri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.

"Cebheinfo.az"

Seçilən
77
1
cebheinfo.az

2Mənbələr