AZ

Çılpaq kişi əlində onu sancan ilanla xəstəxanaya gəldi

Hindistanda bir kişi onu sancan ilanı ölənəcən döyüb və onunla xəstəxanaya gedib.

Hindistanın Andhra Pradeş ştatında bir kişi onu dişləyən ilanın qisasını alaraq xəstəxanaya gətirib.

Qaziler.az bildirir ki, bu barədə "Afternoon News" yazıb.

Böyük bir ilan kişi restoranda yemək yeyərkən ona hücum edib. Dişləməsinə baxmayaraq, kişi dərhal sürünəni tutub və onu ölənəcən döyüb. Daha sonra o, çılpaq, köynəksiz halda xəstəxanaya getmək qərarına gəlib. Həkimlərin ilanın zəhərli olub-olmadığını və hansı zərdaba ehtiyacı olduğunu müəyyən edə bilməsi üçün ilanı özü ilə aparıb.

Əlində ilan tutan bir kişinin peyda olması xəstəxanada ajiotaj yaradıb. Lakin həkimlər tezliklə sürünənin öldüyünü anlayıblar və xəstəni sakitcə qəbul ediblər.

İlkin tibbi yardım göstərilən kişi daha böyük bir klinikaya göndərilib.

Hindlinin hansı ilanın dişlədiyi məlum deyil.

QAZİLER.AZ

 

Seçilən
45
qaziler.az

1Mənbələr