AZ

Derbidən sonra sanksiyalarla üzləşdi

İngiltərə Premyer Liqasında ötən həftə baş tutan "Arsenal" - "Çelsi" derbisindən (1:2) sonra "zadəganlar"ın futbolçusu Pedru Neto intizam sanksiyaları ilə üzləşib.

"Unikal" xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası matçda qırmızı vərəqə alan portuqaliyalı vingerə qarşı rəsmi ittiham irəli sürüb.

Məlumata görə, Neto meydanı vaxtında tərk etməməkdə və hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməkdə günahlandırılır. 25 yaşlı hücumçunun irəli sürülən bu ittihamlara cavab vermək üçün martın 9-na qədər vaxtı var. 

Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 40 oyuna çıxan futbolçu 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Xatırladaq ki, hazırda "Çelsi" Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Seçilən
25
unikal.az

1Mənbələr