AZ

Litva Naxçıvana hücumu qətiyyətlə pisləyir

Litva Naxçıvanda dinc sakinlərin həyatını təhlükə altına alan mülki infrastruktura İranın dron hücumunu qətiyyətlə pisləyir.

Musavat.com xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris "X" sosial şəbəkəsində bildirib.

"İran, Rusiya kimi, dayana bilmir. Ölkə həmçinin beynəlxalq hüququ açıq şəkildə pozur. Bu cür təcavüz gələcək eskalasiya riski daşıyır və dərhal dayandırılmalıdır. Litva Azərbaycanla həmrəyliyini ifadə edir", - o yazıb.

Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb.

Seçilən
23
1
musavat.com

3Mənbələr