Bakı. Trend:
Martın 5-də günorta saatlarında Azərbaycan RespublikasınınNaxçıvan Muxtar Respublikasına aid hava məkanında baş verən hadisəregionun təhlükəsizlik arxitekturasına vurulan açıq zərbə kimiqiymətləndirilməlidir.
Bu barədə Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, İran ərazisindən qalxan pilotsuz uçuşaparatlarının Naxçıvanın mülki obyektlərini – hava limanıterminalını və Şəkərabad kəndində məktəbin yaxınlığını hədəfəalması təkcə hərbi-siyasi mesaj deyil, həm də beynəlxalq hüququnfundamental prinsiplərinə meydan oxumaqdır: “Mülki infrastrukturunvurulması heç bir halda “taktiki addım” kimi izah edilə bilməz. Bu,açıq şəkildə dinc əhaliyə risk yaradan davranışdır”.
Fikirlərini davam etdirən K.Qafarov Azərbaycanın uzun illərdirregionda sabitliyin qorunmasına üstünlük verən xətt yürütdüyünüdiqqət mərkəzinə gətirib: "Azərbaycanın ərazisindən nə İran, nə dəbaşqa bir dövlət üçün təhlükə formalaşıb. Əksinə, çətin dönəmlərdəhumanitar jestlər və siyasi dəstək nümunələri nümayiş etdirilib.Hətta bu günlərdə İranın ali rəhbərinin vəfatı zamanı AzərbaycanPrezidenti İlham Əliyev dərhal başsağlığı vermiş, diplomatiknümayəndəliyə baş çəkmiş və humanitar yardım imkanlarını nəzərdənkeçirmişdi. Bu faktların fonunda pilotsuz aparatların məhz mülkiobyektlərə yönəlməsi siyasi riyakarlığın kulminasiya nöqtəsi kimigörünür. Burada diqqət çəkən əsas məqam hədəfin seçilməsidir. Havalimanı mülki vətəndaşların istifadə etdiyi obyekt olduğu üçünbeynəlxalq humanitar hüquqa görə xüsusi qoruma altındadır. Məktəbətrafına düşən dron isə potensial olaraq uşaqların həyatınıtəhlükəyə atıb. Bu, sırf hərbi obyektə qarşı deyil, cəmiyyətinözünə qarşı yönəlmiş davranış təsiri bağışlayır. Ölkə prezidentiİlham Əliyevin dediyi kimi, Azərbaycan dövləti bu çirkin terroraktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlbedilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahatverilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlərcinayət məsuliyyətinə cəlb edilməlidir".
Millət vəkili bildirib ki, belə addım regionda etimadı sarsıdırvə təhlükəli presedent yaradır: "İran rəhbərliyinin bu qərarısiyasi uzaqgörənlikdən daha çox daxili böhranların xaricə ixracıcəhdi kimi görünür. Mülki infrastruktura zərbə endirmək gücnümayişi deyil, əksinə, strateji zəifliyin göstəricisidir. Güclüdövlətlər hər zaman yalnız məsuliyyətli davranış sərgiləyirlər.Məsuliyyətsiz addımlar isə yalnız təcrid və beynəlxalq qınaqdoğurur. Tarix göstərir ki, regionda sabitliyi pozmağa yönəlmiş həraddım gec-tez onu atan tərəfin özünə qarşı çevrilir. Bu baxımdan,İranın seçdiyi yol nə hüquqi, nə də siyasi baxımdan dayanıqlıgörünür. Regionun gələcəyi qorxu və təhdid üzərində deyil,qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlik üzərindəqurulmalıdır. İran isə hazırkı davranışı ilə məhz bunun əksininümayiş etdirir".