AZ

Pakistan xarici işlər naziri Azərbaycana dron hücumundan dərin narahatlığını bildirib

5 mart tarixində Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı Pakistan tərəfi Azərbaycan Respublikasına edilən dron hücumu ilə bağlı dərin narahatlığını ifadə edib.

Bölgədə geniş eskalasiyaya səbəb ola biləcək bu kimi addımların qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Seçilən
4
5
azpost.info

10Mənbələr