AZ

Drift şou sürücüyə baha başa gəldi Sürücülük vəsiqəsi əlindən alındı, cərimələndi VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kvadrasikllə drift şou göstərən sürücü cərimələnib. Avtosfer.az xəbər verir ki, Türkiyənin İzmir şəhərində baş verən hadisə həvəskar kamera tərəfindən görüntülənib.

Belə ki, yolun hərəkət hissəsində Kvadrasikllə avtoxuliqanlıq edən, ictimai asayişi pozan, həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan sürücü bu hərəkətlərini sosial şəbəkədə paylaşıb. Görüntüləri izləyən polis əməkdaşları müşahidə kameralarını araşdıraraq hadisənin Bornova rayonu 4-cü Sənaye Zonası 129/13 küçəsində baş verdiyini və 35-ARD-440 nömrə nişanlı nəqliyyat vasitəsi ilə qaydaları pozan sürücünün 34 yaşlı Y.O. olduğunu müəyyən ediblər.

Qısa zaman ərzində sürücü saxlanılıb və o, müddəti bitmiş sürücülük vəsiqəsi ilə avtomobil idarə etdiyinə, yol hərəkəti təhlükəsizliyinə təhlükə yaratdığına, avtoxuliqanlıq etdiyinə və ictimai asayişi pozduğuna görə ümumilikdə 5670 manat cərimə olunub. Bundan əlavə sürücülük vəsiqəsi 60 gün müddətinə ləğv edilib.

Y.O. daha sonra Bornova Polis Bölməsinə təhvil verilib.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
avtosfer.az

1Mənbələr