ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran ətrafında yaranmış böhran diqqətlə izləyən Türkiyə münaqişənin uzanmasının regiondakı vəziyyəti daha da mürəkkəbləşdirəcəyini hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın Baş naziri Ənvər İbrahimlə telefon danışığı zamanı bildirib.
Məlumata görə, danışıq zamanı tərəflər regional və beynəlxalq gündəmdə olan məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan İran ətrafında başlayan və regionu təsiri altına alan münaqişəni Türkiyənin yaxından izlədiyini qeyd edib. O vurğulayıb ki, böhranın uzanması bölgədə vəziyyəti daha da çətinləşdirə bilər. Ərdoğan həmçinin Türkiyənin diplomatik səyləri gücləndirmək üçün çalışdığını və regionda sülhün təmin olunması məqsədilə beynəlxalq liderlərlə təmaslarını davam etdirdiyini bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.