AZ

İsveçin Baş naziri Kristersson: "Biz iqtisadi cəhətdən güclüyük, qorxmağa ehtiyac yoxdur"



İsveçin Baş naziri Ulf Kristersson, ABŞ və İsrailin İrana hücumlarının İsveç iqtisadiyyatına potensial təsirinə qarşı hökumətin yüksək cavab vermə qabiliyyətinə malik olduğunu bildirərək, "Biz iqtisadi cəhətdən güclüyük, qorxmağa ehtiyac yoxdur" dedi.
Baş nazir Kristersson və maliyyə naziri Elizabet Svantesson birgə mətbuat konfransında regiondakı münaqişələrin qlobal və yerli təsirlərini qiymətləndirdilər.

İsveç xalqını sakitləşdirən Kristersson dedi: "Mesajım aydındır; biz hazırıq və qorxmamalıyıq. Biz iqtisadi cəhətdən güclüyük, qorxmağa ehtiyac yoxdur."

Kristersson İsrail və İran arasındakı hərbi gərginliyin geosiyasi təsirlərinə toxunaraq Rusiyanın mövqeyinə işarə etdi.

Beynəlxalq diqqətin Ukraynadan Yaxın Şərqə yönəlməsi Moskva üçün əlverişli görünə bilsə də, Kristersson vəziyyətin fərqli bir ölçüsü olduğunu bildirərək dedi: "Rusiya diqqətin yayındırılmasından məmnun ola bilər, lakin ən vacib strateji müttəfiqi olan İranın tarixi zəifləməsindən ciddi şəkildə narahat olmalıdır."

aia.az
Təcümə şöbəsi



Seçilən
114
aia.az

1Mənbələr