AZ

"İranın Naxçıvana hücumu ilə Azərbaycanı münaqişəyə cəlb etmək cəhdi uğursuz olacaq"

İranın Naxçıvana hücumu ilə Azərbaycanı münaqişəyə cəlb etmək cəhdi uğursuz olacaq.

Redaktor.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Qərbi azərbaycanıların milli geyim irsi" adlı albom-kitabın və eyniadlı dəfilənin təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan daim öz kimliyini və milli dəyərlərini qorumağı bacarıb:

"Bu əməli törədənlər peşman olacaq. Ümid edirik ki, regionda genişlənən müharibə Azərbaycana sıçramayacaq və ölkə daxilindəki sülhü qoruyub saxlaya biləcəyik. Sülhün qonşu ölkəyə  gəlməsini də istəyirik. Çünki orada yaşayan soydaşlarımız, onların mədəni və ədəbi irsi, tarixi var" (Report).

Seçilən
80
2
redaktor.az

3Mənbələr