AZ

Azərbaycanda süni intellektin inkişafı üçün vergi güzəştləri veriləcək

Banco.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Süni intellekt texnologiyalarının tətbiqinə yönəlmiş vergi stimullarının genişləndirilməsi prioritet istiqamətlərdən olacaq. 

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda deyib.

"Artıq ölkəmizdə superkompüter mərkəzi fəaliyyət göstərir, rəqəmsallaşma istiqamətində mühüm layihələr həyata keçirilir, o cümlədən insan resurslarının bilik və bacarıqları inkişaf etdirilir.

Rəqabətqabiliyyətli və innovativ mühiti inkişaf etdirmək məqsədilə İKT sektoru, startaplar və yüksəkixtisaslı mütəxəssislər üçün daha çevik və rəqabətqabiliyyətli vergi mühiti formalaşdırılacaq", - deyə Mikayıl Cabbarov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
98
2
banco.az

3Mənbələr