AZ

İranın bu alçaq hücumunu qəti şəkildə pisləyirik!

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranın Naxçıvanın mülki infrastrukturuna, o cümlədən hava limanına və məktəbə hücum etməsi Azərbaycan dövlətinə və xalqına qarşı açıq təxribat və düşmənçilik aktıdır. Bu hücumları ən sərt şəkildə qınayır və qətiyyətlə pisləyirik.Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev söyləyib. Deputat İranın hücumu ilə bağlı fikirlərini belə davam etdirib:

"ABŞ–İsrail–İran müharibəsinin ilk günündən etibarən Azərbaycanın İrana qarşı kifayət qədər təmkinli, soyuqqanlı və deyərdim ki, bütün riskləri göz önünə alaraq dostcasına davranmasına, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın dini lideri Seyid Əli Xameneinin həlak olması ilə əlaqədar Prezident Məsud Pezeşkiana başsağlığı verməsi, İranın ölkəmizdəki səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazması, o cümlədən Xarici işlər naziri Ceyhun Bayramovun müharibənin başladığı gün iranlı həmkarı Abbas Araqçiyə zəng edərək məsələnin dinc yolla və beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirməsi və Azərbaycanın ərazisindən İrana qarşı heç vaxt istifadə edilməsinə yol verilməyəcəyinə zəmanət verməsinə baxmayaraq, İran yenə də özünün əsl simasını və iç üzünü ortaya qoydu.

Bütün bu jestlərə və dostluq mesajlarına görə bizə təşəkkür etmək əvəzinə, İran övladlarımızı Naxçıvanda öldürmək üşün məktəbə və hava limanına dron göndərdi.

Bu hadisə İran rejiminin nə qədər nankor və fürsətcil olduğunu, dinc insanlara qənim kəsilən terrorçu mahiyyətini bir daha sübut edir.

Eyni zamanda göstərir ki, batmaq üzrə olan İran rejimi özünün “qardaş” hesab etdiyi Ermənistandan başqa demək olar ki, bütün qonşularına, o cümlədən Azərbaycan və Türkiyəyə qarşı ən iyrənc addımlar atmağa hazırdır.

Bu alçaq və qorxaq hücumdan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin ayrı-ayrılıqda verdiyi bəyanatlarını, xüsusilə, bu hücumun heç bir halda cavabsız qalmayacağı və zəruri tədbirlərin hazırlandığı barədə dövlətimizin qətiyyətli mövqeyini tam şəkildə dəstəkləyirik.

İran qısa müddət ərzində bu hücuma və terror aktına aydınlıq gətirməli, Azərbaycandan üzr istəməli və cinəyatkarları cəzalandırmalıdır.

Hesab edirəm ki, bu hadisəyə İranda yaşayan və rejim tərəfindən hüquq və azadlıqları daim heçə sayılan, əzilən 40 milyonluq soydaşlarımız da laqeyd qalmamalı və özlərinin kəskin etirazlarını bildirməlidirlər.

Xalqımız hər zaman dövlətinin, ordusunun və Ali Baş Komandanın yanındadır və bu kimi alçaq hücumlara qarşı səfərbər olmağa hazırdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
3
modern.az

6Mənbələr